Zona yarışları davam edir

Zona yarışları davam edir

Bakı-2015 birinci Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam edir. Sumqayıt şəhərində çimərlik futbolu üzrə keçirilən yarışda Sumqayıt şəhərinin, Xızı, Quba, Qobustan, Qusar, Siyəzən, Qubadlı, Xaçmaz, Abşeron və Şabran rayonlarının komandaları birincilik uğrunda mübarizə aparıblar. Komanda hesabında birinci yeri Sumqayıt şəhərinin, ikinci yeri Xaçmaz, üçüncü yeri Quba rayonunun komandaları tutub. Sumqayıtda daha bir idman yarışı Olimpiya İdman Kompleksində keçirilib. Məktəblilər arasında stolüstü tennis üzrə zona yarışında Sumqayıt şəhərinin, Xızı, Quba, Qusar, Siyəzən, Xaçmaz, Abşeron, Şabran rayonunun 80 nəfərdən çox idmançısı mübarizə aparıb. Komanda hesabında oğlanlar arasında birinci və üçüncü yerləri Şabran rayonunun, ikinci yeri Sumqayıt şəhərinin, qızlar arasında birinci yeri Şabran rayonunun, ikinci yeri Sumqayıt şəhərinin, üçüncü yeri Quba rayonunun komandaları tutub. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallara layiq görülüblər. Digər şəhər və rayonlarda da zona yarışları keçirilib.