 Birinci Avropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kq çəki dərəcəsində Rəfael Ağayev çempion adına layiq görülüb.
Birinci Avropa Oyunlarında karate idman növünün kumite yarışlarında 75 kq çəki dərəcəsində Rəfael Ağayev çempion adına layiq görülüb.12 dəfə Avropa və 4 dəfə dünya çempionu olan idmançımız qələbə münasibətilə bağlı Milli Olimpiya Komitəsində "Zəfər günləri” çərçivəsində keçirilən tədbirdə deyib: "Yeddi yaşımdan karate ilə məşğulam. Artıq 30 yaşım var. Yarışlarda həmişə Azərbaycanı layiqincə təmsil etməyə çalışıram. Çünki qələbələrimiz bizimlə yanaşı, bütün xalqımızın sevinci və qürurudur”, – deyə Rəfael Ağayev bildirib.
İdmançımız ilk Avropa Oyunlarının qalibi olduğuna görə qürur duyduğunu deyib: "Bakı-2015-in çempionu olduğum üçün qürur duyuram. Avropa Oyunları digər çempionatlardan çox fərqlənir”.