Daha bir boksçumuz dörddə birdə

Daha bir boksçumuz dörddə birdə


Daha bir boksçumuz 1/4 final mərhələsinə yüksəlib. Ölkəmizi bu yarışlarda 69 kq çəki dərəcəsində təmsil edən Pərviz Bağırov moldovalı Vasili Belusla üz-üzə gəlib. Qarşılaşma 3-0 hesabı ilə həmvətənlimizin xeyrinə başa çatıb. Pərviz Bağırov 1/4 final mərhələsində almaniyalı Abass Baraou ilə qarşılaşacaq.
Azərbaycanı qadınların boks üzrə 60 kq çəki dərəcəsində təmsil edən Yana Alekseyeva da 1/4 final mərhələsinə vəsiqə qazanıb. Boksçumuz 1/8 final mərhələsində fillandiyalı Mira Potkonen üz-üzə gəlib. Qarşılaşma 3-0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisinin boksçularından Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq), Məhəmmədrəsul Məcidov, (+91 kq), Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) artıq adını 1/4 finala yazdırıb. Həmçinin, Salman Əlizadə (49 kq), Anna Əlimərdanova (54 kq) və Yelena Vıstropova (64 kq) da yarışa bu mərhələdən başlayacaq.