8 cüdoçumuz tatami üzərinə çıxacaq.

8 cüdoçumuz tatami üzərinə çıxacaq.

Bu gün Bakı-2015 I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək. Yarışlarda 5 medal dəstinin sahibi müəyyənləşəcək. 8 cüdoçumuz tatami üzərinə çıxacaq.
Onlardan 4-ü kişilərin, 4-ü qadınların yarışında qüvvəsini sınayacaq. Bu gün mübarizə aparacaq 5 çəki dərəcəsindən 3-də ölkəmiz iki idmançı ilə təmsil olunacaq.

Kişilər
60 kq

Bu çəki dərəcəsində tatami üzərinə çıxacaq hər iki təmsilçimiz mübarizəyə 1/8 finaldan başlayacaq.
Orxan Səfərov 1/8 finalda monteneqrolu Yan Siçardi ilə belaruslu Arif Bağırov arasında görüşün qalibi ilə keçirəcək. İlqar Müşkiyev isə ispaniyalı Franssiko Qarriqosla israilli Alon Rəhim arasında duelin qalibi ilə üz-üzə gələcək.

66 kq

İki cüdoçumuzun çıxış etdiyi çəki dərəcəsində təmsilçilərimiz 1/16 finaldan mübarizəyə start verəcək. Tatamiyə üzərinə çıxacaq Nicat Şıxəlizadə türkiyəli Sinan Sandalla üz-üzə gələcək. Tərlan Kərimovla rusiyalı Mixail Pulyayevin dueli isə 12 dəqiqə sonra start götürəcək.

Qadınlar
48 kq

Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edəcək. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayacaq. Onun rəqibi sloveniyalı Kristina Vrsiç olacaq. 12:00-da başlayacaq qarşılaşmanın görüşün qalibi 1/8 finalda belçikalı Şarlin van Sniklə üz-üzə gələcək.
Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkəcək. Onlar saat 12:12-də tatami üzərinə çıxacaq. Bu cütün qalibi növbəti mərhələdə italiyalı Valentina Moskattla qarşılaşacaq.

52 kq

1/16 final mərhələsində qüvvəsini sınayacaq Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirəcək. Onların görüşü saat 12:12-də başlayacaq. Təmsilçimiz mərhələ adlasa rumıniyalı Andria Çitu ilə üz-üzə gələcək.

57 kq

Ən təcrübəli cüdoçularımızdan olan Kifayət Qasımova da yarışa 1/16 finaldan başlayacaq. O, 1/8 final vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə mübarizə aparacaq. Saat 13:16-da tatami üzərinə çıxacaq cütün qalibi növbəti mərhələdə portuqaliyalı Telma Montero ilə qarşılaşacaq.