Bakı-2015 Avropa Oyunlarında sonuncu gün

Bakı-2015 Avropa Oyunlarında sonuncu gün



Bu gün Bakı-2015 I Avropa Oyunlarına yekun vurulacaq. İdmançılar yarışların son günündə cəmi 9 dəst medal uğrunda mübarizə aparacaqlar.
İdman azarkeşləri yarışların son günündə 5 növ üzrə qaliblərin bəlli olmasına şahid olacaqlar. Komanda idman növləri olan çimərlik futbolu və voleybolda həlledici matçlar keçiriləcək. Cüdoçular da mübarizəni komanda yarışları ilə yekunlaşdıracaqlar. Badminton və BMX velosiped idmanı da final mərhələsini başa vuracaq.
Azərbaycan təmsilçiləri Avropa Oyunlarının son günündə yalnız iki növdə - çimərlik futbolu və cüdoda qüvvəsini sınayacaq.
Xatırladaq ki, Azərbaycan yığması 56 medalla (21 qızıl, 15 gümüş və 20 bürünc) medalçılar siyahısında Rusiyadan sonra 2-ci yeri tutur.