Bağlanış Mərasimi rəqəmlərin dili ilə

Bağlanış Mərasimi rəqəmlərin dili ilə


Bakı-2015 Avropa Oyunlarının Bağlanış Mərasimi bütün dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi. Bu möhtəşəm tədbiri təqdim etmək üçün 10000 pirotexniki vasitədən istifadə edildi.
Bakı Olimpiya Stadionuna toplaşan 68000-dən çox insan və 800 milyon canlı yayım izləyicisi Azərbaycanın rəqsinə, şair Əhməd Cavad və Üzeyir Hacıbəyovun musiqisinə və səhnəni əhatə edən dünyada tanınan Qız Qalası və Alov Qüllələri memarlığını özündə əks etdirən şoudan zövq aldılar.
Baxımlı şou yalnız təntənəli Avropa Oyunlarında mübarizə aparmaq üçün Bakıya gələn 6000 idmançıya deyil, Bakı2015-in uğuruna enerjisini, çoşğusunu və diqqətəlayiq fədakarlığını töhfəverən alovqoruyanlara minnətdarlığını bildirir.
Yüzlərlə alovqoruyan Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Avropa Olimpiya Komitələrin Prezidentı Patrik Hikkinin bağlanış nitqlərini tribunadan izlədi".
DJ Garet Emeri, Con Nyuman və "Clean Bandit"in beynəlxalq musiqi ifalarından sonra tamaşaçılar əyləndilər - həm stadionda, həm də Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur Dənizkənarı Milli Parkında - Olimpiya kasası yavaş-yavaş söndü.
50 mübarizə aparan ölkəni təmsil edən əlli uşaq Olimpiya kasasının kənarında toplaşdılar. Bir uşaq digər uşaqlarla paylaşmazdan öncə öz fənəri ilə Oyunların işığını yandırdı. Onlar səhnənin ortasına doğru irəlilədikdə fənərləri yanan axşam libaslı ifaçıları ötüb keçdilər.
Daha sonra Avropa Oyunları alovunu nümayiş etdirərək qalxan böyük bir çilçırağa bağlanan 280 fənər Azərbaycan xalqının ürəyində silinməz iz qoyacaq.


Dünyada 800 milyondan artıq televiziya tamaşaçısı mərasimi izləyib
• Bağlanış Mərasimində 1600-dən daha çox ifaçı və könüllü iştirak edib
• Stadionun inşasına 20,5 milyondan çoxişçi saatı sərf olunub
• 10,000 pirotexniki vasitələrdən istifadə olunub
• Gecənin pirotexniki vasitələri üçün sahədə 5,000 hazırlıq saatı
• Stadionun dam örtüyündə 120 pirotexniki işəsalma qurğusu 250 metr: stadionun ətrafında 7,5 ton ağırlığa tab gətirən yayım xətlərinin uzunluqları
• Üç mərhələdə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri
Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük
• 800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil
• 2000-dən çox işıqlandırma qurğusu
Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12000-dən çox qulaqcıqvə 180000-dən çox akkumulyator
• Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma həyata keçirilib
• Stadionun dam örtüyündən 25000 LED ‘közərən işıqlar’
• Hər biri 8m olan 88 ipək parça
50 uçan qurğu
3322 m məsafəni əhatə edən 4617 LED hissədən ibarət 20 LED geyim
• Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının 11 hərbi qulluqçusu Azərbaycanın bayrağını daşıyıb və qaldırıb