“Tour de Qinghai Lake” başa çatıb

“Tour de Qinghai Lake” başa çatıb


Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project” Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake” yürüşündə iştirakını başa vurub. Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edib. Yarışın 13-cü mərhələsində iştirakçılar 135 km məsafə qət ediblər. 6 velosipedçimizdən 5-i finişi mərhələ qalibi ilə eyni vaxtda - 2 saat, 54 dəqiqə, 2 saniyəyə keçib. Fotofinişə əsasən təmsilçilərimizdən ən yaxşı göstərici Yannis Tamuridisə məxsus olub: 9-cu yer. Digər velosipedçimiz Markus Eybeger isə qalibdən 28 saniyə geri qalıb.
Beləliklə, 13 mərhələnin yekununa əsasən, "Synergy Baku” komanda hesabında 22 kollektiv arasında 6-cı olub.