Polşada yüksək nəticə

Polşada yüksək nəticə


Polşanın paytaxtı Varşava şəhərində keçirilən "Polish Open” turniri başa çatıb. G1 kateqoriyalı beynəlxalq turnirində geniş heyətlə çıxış edən taekvondoçularımız yarışdan mükafatla qayıdıblar. Böyüklərdən ibarət millimiz 1 qızıl, 2 bürünc medal əldə edib. Gənclərdən ibarət milli komandamızın üzvləri isə 6 qızıl, 3 gümüş, 4 bürünc medal qazanaraq komanda hesabında birinci yerə layiq görülüblər. İki gün davam edən beynəlxalq turnirdə hakim qismində ölkəmizi ATF-in hakimlər komitəsinin sədri, baş hakim Elşən Quliyev təmsil edib.