Dalaşan motosikletçilər cəzalandırıldı

Dalaşan motosikletçilər cəzalandırıldı


Motosiklet yarışı zamanı mərhələlərin birində iştirakçılardan ikisi dalaşıb.

Hadisə Vins Friz və Veston Peyk adlı idmançılar arasında baş verib.

İlk olaraq Friz Peykin idarə etdiyi motosikleti vuraraq şosedən çıxarıb. Ardından növbəti toqquşmadan sonra Peyk ayağa qalxaraq qəzaya səbəb olan Frizi döyüb.

Dava hər iki idmançının 5 min dollar cərimələnməsi səbəb olub. Üstəlik onlar yarışın növbəti mərhələsində iştirak hüququndan məhrum olublar.