Azərbaycanın peşəkar kikboksçusu, yığma komandanın üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb. Belə ki, Almaniyanın Vuppertal şəhərində keçirilən növbəti peşəkar yarışda ölkəmizi təmsil edən X. Əhmədov erməni döyüşçü Cioran Apuyepyanla üz-üzə gəlib. Təmsilçimiz elə birinci raundda rəqibindən üstün gəldiyini nümayiş etdirərək onu nokauta salaraq qələbə qazanıb.
Qeyd edək ki, "A1 Worl Combat Cup” un təşkilatçılığı ilə keçirilən yarış dünyada "səkkizlik” adı ilə məşhurdur.
Məlumat üçün bildirək ki, bu, Xəyal Əhmədovun erməni üzərində ilk qələbəsi deyildi. O, ötən il Tiflisdə keçirilən Dünya kuboku turnirində də erməni döyüşçü Q. Koçaryanı nokautla məğlub etmişdi.