Lyuis Hamilton 61-ci qələbəsini qazanıb

Lyuis Hamilton 61-ci qələbəsini qazanıb



"Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hamilton Formula-1 çempionatında Yaponiya Qran-Prisinin qalibi olub.

Hamilton "Suzuka” avtodromunda keçirilən yarışlarda 1 saat 27 dəqiqə 31,194 saniyə nəticə göstərib. Podiumda onu "Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen və öz komanda yoldaşı, avstraliyalı Deniel Rikkyardo "müşayiət ediblər”.
Bu, Hamiltonun cari mövsümdə sayca 8-ci, karyerasında isə 61-ci qələbəsidir. Britaniyalı pilot son dörd yürüşdən üçündə qalib gəlib, bir yürüşdə isə finiş xəttinə ikinci çatıb. Şəxsi birincilikdə Hamiltonun ən yaxın rəqibi "Ferrari” komandasından Sebastyan Fetteldir. Hamiltona 59 xal uduzan alman pilot Yaponiya Qran-Prisində beşinci dövrədə şossedən çıxıb.
"Formula-1” yarışlarının növbəti mərhələsi ABŞ-da keçiriləcək. Bu yürüşlər oktyabrın 20-dən 22-dək Amerikanın Ostin şəhərində keçiriləcək.