Ölkəmiz beş idmançı ilə təmsil olunur

Ölkəmiz beş idmançı ilə təmsil olunur

Azərbaycanın parataekvondo üzrə milli komandasının üzvləri Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək yeddinci Avropa çempionatında iştirak edir.
Bu gün başlayan qitə çempionatında ölkəmiz beş idmançı ilə təmsil olunacaq.
Yarışda böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə yığmamızın üzvlərindən İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslimov (K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vüqar Adışirinov (K-44, 75 kq-dan yuxarı) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) dayanq üzərinə çıxacaqlar.
G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə edəcəklər.