Apenninli hakimlər final üçün Bakıya gəlirlər

Apenninli hakimlər final üçün Bakıya gəlirlər



UEFA Avropa Liqasında 2018-2019 mövsümünün Bakıda keçiriləcək final oyunu üçün təyinatları açıqlayıb.
İngiltərənin "Çelsi" və"Arsenal" klubları arasında oynanılacaq həlledici qarşılaşmanı italiyalı hakimlər briqadası idarəedəcək. Görüşün baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli vəLorenso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını isəDaniele Orsato yerinəyetirəcək.
VAR (videotəkrar) sisteminəMassimiliano İrrati, Marko Quida (hər ikisi İtaliya), Şimon Marçinyak vəPavel Sokolniçki (hər ikisi Polşa) nəzarət edəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun yerli vaxtla 23:00-da başlayacaq.