Millimiz Mançesterdən iki medalla qayıdır

Millimiz Mançesterdən iki medalla qayıdır

Böyük Britaniyanın Mançester şəhərində taekvondo üzrə böyüklər arasında dünya çempionatı keçirilib. Dünya çempionatında 10 idmançı ilə mübarizə aparan millimiz yarışı bir qızıl və bir bürünc medalla başa vurub. Komandamıza ilk medalı Fəridə Əzizova qazandırıb. Qadın taekvondoçumuz 67 kq çəki dərəcəsində bürünc medala yiyələnərək fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Yarışın sonuncu günündə millimizin titullu idmançılarından olan Milad Beigi Hərçəqani 80 kq çəki dərəcəsində ikincə dəfə dünya çempionu olub. Təmsilçimiz bir gün əvvəl mərhələ döyüşlərində Kuba, Fransa, Moldova və Koreya idmançılarını üstələyərək finala vəsiqəni təmin edib. İdmançımız həlledici döyüşdə yunanıstanlı Apostolos Telikostoqlou da 22:12 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycanın dövlət himnini səsləndirib.
Qeyd edək ki, Milad ilk dünya çempionluğunu 2017-ci ildə Koreyanın Muju şəhərində qazanıb. O, 2015-ci il Avropa Oyunlarının qalibi, dünya kubokunun ikiqat sahibi (Meksika 2015-ci il, Bakı 2016-cı il), 2016-cı ilin Avropa çempionu (İsveçrənin Montrö şəhəri) və "Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Taekvondoçumuz Taypey-2017 Universiada Oyunlarının, Bakı - 2016 Qran-Pri turnirin qalibidir. İdmançımız əvvəllər Rabat - 2017 Qran-Pri turnirin bürünc medalına, Çində keçirilmiş Usi-2017 "Böyük dəbilqə” turnirin bürünc mükafatına da sahib olub.
Qeyd edək ki, yığmamız yarışlarda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, eləcə də baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə iştirak edib.