"Sumqayıt” futbol klubu müdafiəçi Rail Məlikov ilə müqavilənin müddətini uzadıb.
34 yaşlı müdafiəçi 2019-2020-ci il mövsümündə də "gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.
Azərbaycan Premyer Liqasında 324 oyunda meydana çıxan R.Məlikov həmin qarşılaşmaların 70-ni bu klubun heyətində keçirib. Müdafiəçi 2016-cı ildən "Sumqayıt” klubunun şərəfini qoruyur.