Minsk-2019: Avarçəkənimiz medal şansını itirdi

Minsk-2019: Avarçəkənimiz medal şansını itirdi


Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında kayak və kanoelərdə avarçəkmə yarışları davam edir.
Azərbaycan millisinin bu idman növündəki yeganə təmsilçisi Mariya Lorena Manolitsa mükafatlar uğrunda mübarizəni dayandırıb.
Qadınlar arasında 1 nəfərlik qayıqla 200 m məsafəyə yarışan rumıniyalı legioner təsnifat mərhələsini uğurla adlasa da, yarımfinal cəhdi uğursuz alınıb.
Finiş xəttinə 43,071 saniyəyə çatan xanım idmançı ilk yarımfinalın 9 iştirakçısı arasında 8-ci olub. O, sabah keçiriləcək B finalında 9-16-cı yerlər uğrunda mübarizə aparacaq.