Uşaq paralimpiyaçılar üzgüçülük yarışlarında

Uşaq paralimpiyaçılar üzgüçülük yarışlarında

Respublika Paralimpiya İdman Kompleksində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş üzgüçülük üzrə açıq çempionat keçirilib.
Çempionatda müxtəlif yaş kateqoriyalarında olan 100-dək idmançı, o cümlədən Uşaq Paralimpiya Komitəsinin üzgüçüləri iştirak ediblər.
Turnirdə 2009-2010-cu il təvəllüdlü uşaqlar arasında paralimpiyaçı Əli Vəliyev, 2007-2008-ci il təvəllüdlülərin yarışında Elnarə Nizami və Əli Səfərəlizədə 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında birinci olublar. Görmə məhdudiyyətli paralimpiyaçı Elxan Qurbanov isə öz yaşıdları arasında üçüncü yeri tutub.
Beləliklə, çempionatda iştirak edən uşaq paralimpiyaçılar 3 qızıl və 1 bürünc medal qazanıblar.