Parataekvondoçumuz Avropa çempionatında birinci oldu

Parataekvondoçumuz Avropa çempionatında birinci oldu

Parataekvondo üzrə Azərbaycan yığma komandası İtaliyanın Bari şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Ikiqat dünya çempionu Aynur Məmmədova 58 kiloqramdan yuxarı çəki dərəcəsində dördüncü dəfə qitə çempionu olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. A.Məmmədova ispaniyalı idmançıya 8:6, Fransa təmsilçisinə 23:1 və rusiyalı taekvondoçuya 12:8 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşdə idmançımız özbəkistanlı taekvondoçunu 3:0 hesabı ilə məğlub edərək yarışın qızıl medalına sahib olub.
Paralimpiyaçımız bu qələbə sayəsində "Tokio 2020” Yay Paralimpiya Oyunlarına növbəti lisenziya xalları qazanıb.
Komandamız yarışa məşqçilər Fərid Tağızadənin və Yaşar Səfərovun rəhbərliyi ilə yollanıb.