Voleybol hakimlər üçün seminar

Voleybol hakimlər üçün seminar

Voleybol Mərkəzində 2019-2020-ci illərdə ölkəmizdə keçiriləcək yarış və turnirlərdə iştirak edəcək hakimlər üçün seminar keçirilib. Seminarda 57 hakim iştirak edib.
Tədbirdə iştirak edən Azərbaycan Voleybol Federasiyası Hakimlər Komisyyasının sədri Vaqif Əliyev seminar iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.
Seminarda çıxış edən Təhsil İdman İdarəsinin nümayəndəsi və Hakimlər Komissiyasının üzvü Çingiz Səmədov, Azərbaycan Voleybol Federasiyasının ölkə yarışları üzrə kordinatoru Oqtay Musayev seminarın əhəmiyyəti barsəində danışıb.
Sonra Beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat verərək, onları maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunuda hakimlər onlar üçün hazırlanmış test suallarını cavablandırıblar. Nəticlərə əsasən Hakimlər Komissyası hakimlərin təyinatını həyata keçirir.
Bir neçə ildir ki, ölkəmizdə keçirilən bütün yarışlara hakimləri, Azərbaycan Voleybol Federasiyasının Hakimlər Komitəsi təyin edir.
Xatırladaq ki, Azərbaycan Voleybol Federasiyası hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün buna bənzər seminarlar təşkil edir.