Millimizin üzvü Belarus klubuna keçdi

Millimizin üzvü Belarus klubuna keçdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizova Belarusun “Minçanka” klubuna transfer olub. Bu barədə klubun feysbuk səhifəsi məlumat yayıb.

M.Əzizova 2020/2021-ci illərdə bu komandada oynayacaq.

Oyunçumuz keçidi barədə fikirlərini də açıqlayıb: “Bu komandada oynamaq istəyirdim. Hər zaman bu komandanın oyunlarını izləmişəm. Rusiya çempionatında oynamaq mənim üçün böyük təcrübə olacaq”.

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır.