Avropa çempionatı təxirə salındı

Avropa çempionatı təxirə salındı

Azərbaycan idmançılarının iştirak edecəyi daha bir yarışın vaxtı dəyişdirilib. Bunu Avropa Üzgüçülük Liqası (LEN) açıqlayıb.
Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatının vaxtı dəyişdirilib. Rusiyanın Kazan şəhərində təşkil olunacaq yarış nəzərdə tutulduğundan bir ay tez keçiriləcək. 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarış noyabrın 2-7-də təşkil olunacaq.
Buna qısa hovuzda üzgüçülük üzrə dünya çempionatının təxirə salınması səbəb olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu il qəbul etməli olduğu mundial koronavirus pandemiyası üzündən 2021-ci ilin dekabrında baş tutacaq.