Üçqat dünya çempionu okeanda batdı

Üçqat dünya çempionu okeanda batdı

ABŞ-ın paralimpiyaçı avarçəkəni​ Anjela Medsen dünyasını dəyişib.​

İdmançı təkbaşına Sakit okeanı​ qayıqla keçməyə​ çalışıb. Sahil mühafizəçisi onu​ ölü halda​ aşkarlayıb. Həmin vaxt idmançının bədəni qayığa bağlı vəziyyətdə olub. ​

O, Sakit Okeanı keçən ilk qadın paralimpiyaçı olaraq, rekord müəyyənləşdirmək istəyib. Medsen bunu bacarsaydı, ən yaşlı qadın idmançı kimi nəticə göstərmiş olacaqdı.​

Qeyd edək ki,​ Anjela Medsen paralimpiyaçılar arasında​ üçqat dünya çempionudur.​ Tanınmış idmançı nüvə itələmə növündə də çıxış edib və 2012-ci il London Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı olub.​