NBA-nın daha 2 basketbolçusunda koronavirus aşkarlandı

NBA-nın daha 2 basketbolçusunda koronavirus aşkarlandı

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Vaşinqton Uizards" klubunun iki üzvündə koronavirus aşkarlanıb. İnfeksiyaya yoluxan oyunçular Tomas Brayant və Qeri Peytondur. Bu səbəbdən hər iki basketbolçu mövsümün qalan hissəsinin keçiriləcəyi Orlandoya aparılmayıb. Paytaxt təmsilçisinin​ digər​ oyunçusu Qarrison Mettyuz​ isə şəxsi məsələlərə görə sözügedən şəhərə yollanmayıb. Həmin basketbolçuların sonradan komandaya qoşulub-qoşulmayacaqları bilinmir.

Qeyd edək ki, bunadək NBA-da 351 oyunçudan götürülən analizlərdən 25-nin cavabı müsbət çıxıb.
Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan mövsüm iyulun 30-da bərpa olunacaq.​ Qarşılaşmalar 22 klubun iştirakı ilə “Disney” İdman Kompleksində baş tutacaq.