Naxçıvan Basketbol Federasiyasına yeni sədr seçildi

Naxçıvan Basketbol Federasiyasına yeni sədr seçildi

Naxçıvan Dövlət Universitetinin iclas zalında Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib. Yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrinin seçilməsi olub.
Muxtar Respublikanın gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Basketbol Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.
Təklif yekdilliklə qəbul olunub və Elbrus İsayev federasiyasının sədri seçilib.