“Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi

“Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi

Astaranın “Qamışoba” açıq basketbol meydançasında Azərbaycan Basketbol Federasiyasının və “Zirvə” Beynəlxalq İdman Klubunun təşkilatçılığı ilə 3x3 basketbol üzrə “Astara Open 2020” turniri keçirilib.
Yarışın açılış mərasimi zamanı Astaranın İcra başçısı Qəzənfər Ağayev 27-ci Azərbaycan  çempionatının qalibi olan “Zirvə-Astara” komandasının kapitanı Zaur Paşayevə çempionatın kubokunu təqdim edib.
Turnirdə Bakı, Gəncə, Astara və Cəlilabadı təmsil edən 10 komanda iştirak edib.  “Bakı”, “Gəncə Fires”, “80”lər (Bakı), “Poluxin döngəsi” (Bakı), AZFA (Bakı), “Alov” (Bakı), “100+” (Bakı), “Beastore Team” (Astara), “South” (Cəlilabad), “Wizards” (Cəlilabad) komandaları qalib adı uğrunda mübarizə aparıblar.
Yarışın yarımfinal mərhələsində “AZFA” “Beastore Team” klubunu 7:6,  “Gəncə Fires” isə “Bakı”nı 7:4 hesabı ilə məğlub edib.
Turnirin final mərhələsində “Gəncə Fires”in basketbolçuları Amil Həmzəyev, Polad Həsənov və Elşad Şirzadov “AZFA”nın oyunçuları Zaur Paşayev, Fikrət Paşayev və Anar Sarıyevlə üz-üzə gəliblər.  Gərgin mübarizə şəraitində keçən oyunda “Gəncə Fires” komandası rəqibini 1 xal fərqi ilə məğlub edərək (19:18) “Astara Open 2020” turnirinin qalibi adını qazanıb.

“Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi “Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi “Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi “Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi “Astara Open 2020” turnirinin qalibi müəyyənləşdi