Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişiklik və yeniliklərlə bağlı vebinar

Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişiklik və yeniliklərlə bağlı vebinar

2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı jurnalistlər üçün vebinar keçirilib.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə birgə təşkil edilən vebinarda yeni Ümumdünya Antidopinq Məcəlləsi və növbəti ildən qüvvəyə minəcək digər yeniliklər, eləcə də AMADA tərəfindən görülən işlərlə bağlı media nümayəndələri ətraflı məlumatlandırılıb.

Bildirilib ki, 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində bir sıra vacib yeniliklər əksini tapıb. Bununla bağlı idmançılar, onların köməkçi heyəti, respublika idman federasiyalarının rəsmiləri və məsul şəxslər üçün silsilə vebinarlar təşkil olunub. Keçirilən təlimlərdə qüvvəyə minəcək yeniliklər ətraflı izah edilib. Bundan əlavə, onlar yenilikləri əks etdirən əyani və digər maarifləndirici vəsaitlərlə təmin olunacaqlar.

Vebinarda yeni Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklərlə bağlı videotəqdimat nümayiş etdirilib. Daha sonra mövzu ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.