Klub tibbi maskaya görə cərimələndi

Klub tibbi maskaya görə cərimələndi

Milli Hokkey Liqası “Vaşinqton Kepitalz” klubunun COVİD-19 protokoluna riayət etmədiyi üçün cərimə olunduğunu bildirib. Belə ki, idmançıları tibbi maskadan istifadə etmədən insanlarla ünsiyyətdə olduqları üçün klub 100 min dollar cərimələnib.
Qeyd edək ki, “Vaşinqton Kepitalz” komandası yanvarın 23-də “Baffalo” ilə qarşılaşacaq.