“Alfa Tauri” komandası yeni bolidini təqdim etdi

“Alfa Tauri” komandası yeni bolidini təqdim etdi

Formula 1 üzrə dünya çempionatında çıxış edən “Alfa Tauri” komandası yeni mövsüm üçün bolidini təqdim edib. Komanda bu barədə rəsmi tvitter hesabından paylaşım edib. Bolidə AT02 adı verilib.
Qeyd edək ki, Formula 1-də 2021 mövsümü martın 26-28-də Bəhreyn Qran-prisi ilə başlayacaq. Azərbaycan Qran-prisi iyunun 4-6-da təşkil olunacaq.