Boks üzrə Olimpiya təsnifat turniri ləğv ediləcək

Boks üzrə Olimpiya təsnifat turniri ləğv ediləcək

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə təsnifat turniri ləğv ediləcək. Bu barədə Kyodo agentliyi məlumat yayıb. İyunda təşkili planlaşdırılan turnirin ləğv edilməsinə səbəb koronavirus pandemiyası ilə yanaşı, Avropa boks seçmə mərhələsinin apreldən iyunadək təxirə salınmasıdır. Məlumatda bildirilir ki, Olimpiadaya son vəsiqə sahiblər ireytinqə əsasən müəyyənləşdiriləcək.
Bundan əvvəl pandemiya səbəbindən sinxron üzgüçülük üzrə son Olimpiya seçmə mərhələsi martdan maya təxirə salınıb.
Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.