«Qoca sinyora» «Şalke»yə təzminat ödəyib

«Qoca sinyora» «Şalke»yə təzminat ödəyib

"Yuventus" un "Şalke"dən icarəyə götürdüyü Ueston Makkennini artıq Turin təmsiçisinin futbolçusudur.
Bu barədə Turin təmsilçisinin saytı məlumat yayıb. Klub 22 yaşlı oyunçu üçün "Şalke"yə 18,5 milyon avro təzminat ödəyib. ABŞ millisinin üzvü ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Makkennini bu mövsüm İtaliya A seriyasında 21 matçda iştirak edib, 4 qol vurub və 2 qolun ötürməsini verib.