Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək. İlk oyun günündə iki qarşılaşma keçiriləcək. İngiltərənin "Çelsi" klubu koronavirus pandemiyası səbəbindən Portuqaliya "Portu"sunu İspaniyadakı "Ramon Sançes Pisxuan" stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. "Zadəganlar"ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyun vaxtı aydınlıq gələcək. "Portu"da isə itki yoxdur.
Günün maraqla gözlənən matçı Fransada təşkil olunacaq. Almaniyada "Bavariya"nı 3:2 hesabı ilə üstələmiş PSJ-ni yarımfinala vəsiqə üçün heç-heçə də qane edir. Paris təmsilçisində Mauro İkardi, Münhen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korenten Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir.