Döyüşçünün fantastik qonorarı

Döyüşçünün fantastik qonorarı

Aleksandr Yemelyanenko rusiyalı reper Cıqanla döyüş qarşılığında rekord məbləğdə qonorar alacaq. Bu barədə idmançının meneceri müsahibəsində deyib.  “Düşünürəm ki, ilk may bayramlarından sonra yeni xəbərlər olacaq. Biz bütün məlumatları dərc edəcəyik. Rəqəmlər fantastikdir. Müqavilə imzalandıqdan sonra bu barədə ətraflı məlumat verəcəyik. Yalnız onu deyə bilərəm ki, Aleksandrın bu günədək belə qonorarı olmayıb”,- deyə menecer bildirib.
Xatırladaq ki, A.Yemelyanenko keçirdiyi 37 döyüşdən 28 qələbə qazanıb. Onun hesabında 8 məğlubiyyət və 1 heç-heçə var.
Qeyd edək ki, reper Cıqan isə kikboksinq üzrə Ukraynanın idman ustasıdır.