Son Olimpiya çempionumuz Tokio-2020-yə lisenziya qazana bilmədi

Son Olimpiya çempionumuz Tokio-2020-yə lisenziya qazana bilmədi

Azərbaycan taekvondoçusu Radik İsayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən və Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində yarımfinal görüşünə çıxıb. 80 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz yarımfinalda makedoniyalı Dejan Georgievskiyə 6:13 hesabla uduzduğu üçün Olimpiadaya lisenziya qazana bilməyib.
Qeyd edək ki, turnirin birinci günündə Fəridə Əzizova (67 kq) finala yüksələrək Tokio Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Bununla da taekvondoçularımızın lisenziyalarının sayı ikiyə çatıb.
Xatırladaq ki, kişi taekvondoçumuz Milad Beigi Hərçəqani artıq Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Bu gün başa çatacaq turnirə Azərbaycan üç idmançı ilə qatılıb.