3 para-taekvandoçumuz Tokio-2020-yə lisenziya qazandı

3 para-taekvandoçumuz Tokio-2020-yə lisenziya qazandı

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Röyalə Fətəliyeva (49 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turnirinin finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən “Olimpiya dünyası” qəzetinə verilən məlumata görə R.Fətəliyeva bununla Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Əbülfəz Abuzərli də (75 kq) Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.
Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 3)
Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.