Üzgüçümüz Avropa çempionatıda qızıl medal qazandı

Üzgüçümüz Avropa çempionatıda qızıl medal qazandı

Azərbaycan para-üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb.  İdmançı 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.