Polşadan növbəti qızıl medal

Polşadan növbəti qızıl medal

Paralimpiya üzrə yığma komandamız Polşanın Budqoş şəhərində keçirilən Açıq Avropa Çempionatında növbəti medalını qazanıb. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov T13 kateqoriyasında fəxri kürsüdə yer alıb.
Təmsilçimiz 400 m qaçış növündə 49.88 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl F53 kateqoriyasında iştirak edən Elvin Astanov nüvə itələmə növündə 8.23 m nəticə göstərərək, yarışın qızıl, T12 kateqoriyasında iştirak edən Səid Nəcəfzadə uzunluğa tullanma növündə 6.97 m nəticə göstərərək yarışın qızıl, T11 kateqoriyasında iştirak edən Toğrul Hümbətov uzunluğa tullanma növündə 5.67 m nəticə göstərərək bürünc, F57 kateqoriyasında iştirak edən Həmid Heydərli nizə atma növündə 43.49 m nəticə göstərərək yarışın gümüş medalını qazanıb.