Türkiyə millisi ciddi itki ilə üzləşdi

Türkiyə millisi ciddi itki ilə üzləşdi

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının qrup mərhələsi çərçivəsində qarşılaşacağı İsveçrə ilə oyundan əvvəl itki ilə üzləşib.
“Ay-ulduzlular”ın müdafiəçisi Umut Meraş zədələnib. Qardaş ölkə millisi bu gün “Bakcell Arena”da növbəti məşqinə çıxıb. Uelslə oyunda (0:2) sıradan çıxan Umut Meraş, bu məşqdə iştirak etməyib. O, Bakıda baş tutan həmin matçın 72-ci dəqiqəsində sıradan çıxmış və Mert Müldür ilə əvəzlənmişdi.
Türkiyə mətbuatının yazdığına görə, İsveçrə ilə oyunda müdafiənin sol cinahında ilk dəqiqələrdən məhz Mert Müldür mübarizə aparacaq.
İsveçrə – Türkiyə oyunu iyunun 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu matça saat 20:00-da start veriləcək.