Uşu üzrə respublika turniri keçiriləcək

Uşu üzrə respublika turniri keçiriləcək

İyulun 3-4-də Oğuz Olimpiya İdman Kompleksində yeniyetmələr, gənclər və kişilər arasında uşu üzrə respublika turniri keçiriləcək.​ Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keşiriləcək yarışda 200-dən çox idmançı qüvvəsini sınayacaq.
Turnirdə ölkənin şəhər və rayonlarından ümumilikdə 20-dən çox idman klubları mübarizə aparacaq.
Qeyd edək ki, idmançılar yarışda uşunun çinda və sanda növləri üzrə yarışacaqlar.