Olimpiya məşəlini yandırıb, çempion ola bilməyən ulduz

Olimpiya məşəlini yandırıb, çempion ola bilməyən ulduz

Yaponiyalı qadın tennisçi Naomi Osaka Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Dünya sıralamasında ikinci pillədə qərarlaşan idmançı 1/8 finalda çexiyalı Marketa Vondrouşovaya 2:0 (6:1, 6:4) hesabı ilə uduzub.​ Qeyd edək ki, Naomi Osaka Tokio-2020-nin açılış mərasimində Olimpiya məşəlini yandırıb. Marketa Vondrouşova dünya reytinqində 44-cü sıradadır.

Digər yazılar