Voleybolçularımız turniri sonuncu pillədə başa vurdular 

Voleybolçularımız turniri sonuncu pillədə başa vurdular 

Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərində keçirilən “Savaria” beynəlxalq turnirində çıxışını başa vurub. 
Voleybolçularımız turnirdə keçirdikləri üçüncü görüşündə Çexiyaya komandası ilə qarşılaşıb. Komandamz görüşdə rəqibinə 3:0 hesabı ilə məğlub olub. Beləliklə, Vüqar Əliyevin yetirmələri Macarıstanda təşkil olunan yarışda keçirdiyi üç görüşün 3-də də məğlub olaraq turniri sonuncu yerdə başa vurub.  
Xatırladaq ki, voleybolçularımız Çexiya millisinə qədər Macarıstana 3:2, Niderlanda isə 3:0 hesabı ilə məğlub olub.