Tokio-2020: Üzgüçümüzdən uğursuz çıxış

Tokio-2020: Üzgüçümüzdən uğursuz çıxış

Yaponiyanın paytaxtı Tokio-da keçirilən XVI Yay Paralimpiya Oyunlaı davam edir. Oyunların səkkizinci günündə - sentyabrın 1-də üzgüçümüz Dana Şandıbina mübarizəyə başlayıb. Ancaq idmançımızın startı uğursuz alınıb. Belə ki, 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarının təsnifat mərhələsində 1 dəqiqə 24 saniyəlik nəticə göstərən idmançımız beşinci olub və finala adlaya bilməyib.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.