Üzgüçümüz Tokio-2020-də qızıl medala layiq görüldü

Üzgüçümüz Tokio-2020-də qızıl medala layiq görüldü

Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Yarışların 8-ci günündə daha 6 idmançımız mübarizəyə başlayıb. Komandamız bu gün növbəti uğurunu qazanıb, Paralimpiya Oyunlarının üzgüçülük yarışında qüvvəsini sınayan idmançımız Vəli İsrafilov Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. Bu nəticə ilə Paralimpiya çempionu olan V.İsrafilov həmçinin Paralimpiya rekordunu da müəyyənləşdirib.

Hazırda Azərbaycan komandasının hesabında 16 medal var. Onlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək