Bakı Su İdmanı Sarayında “Iron WinD Winter Aquathlon” turniri keçiriləcək

Bakı Su İdmanı Sarayında “Iron WinD Winter Aquathlon” turniri keçiriləcək

Bakı Su İdmanı Sarayında “Iron WinD Winter Aquathlon” turniri keçiriləcək. Yanvarın 29-30-da təşkil olunacaq yarış Azərbaycan Triatlon Federasiyası və “Triterra” klubunun təşkilatçılığı ilə baş tutacaq. Komanda xarakteri daşıyacaq yarışda hər komandanın heyətində 2 idmançı yer alacaq. 
Turnirin qaydalarına əsasən birinci günündə idmançılar 1,5 kilometr məsafəyə üzgüçülük yarışında güclərini sınayacaqlar. Növbəti gün isə 10 kilometr məsafəyə qaçış təşkil olunacaq. İki günün nəticəsinə görə, turnirin qalibi müəyyənləşəcək.