Foto-obyektivin gözündən yayınmayan, yaddaşlara həkk olan məqamlar
BOK
01.03.2022, 16:50
İdman aləmində baş verənlər daim geniş müzakirə obyektinə çevrilir. Keçmişdə idman aləmində yaşanan hadisələr əsasən, bizə video və fotoların sayəsində gəlib, çatır. İdman fotoqraflarının çəkdikləri şəkillərin əksəriyyəti bu gün ən dəyərli xəzinə hesab olunur. Hər sayında maraqlı yazılarla oxucuların görüşünə gələn “Olimpiya dünyası” qəzeti bu dəfə “bir şəkilin tarixçəsi” mövzusunda yazını təqdim edir. İnanırıq ki, nüfuzlu idman qurumları tərəfindən böyük dəyər verilən, bu günə qədər öz aktuallığını qoruyan “idman mövzusunda ilin ən yaxşı fotosu” nominasiyasının qalibi olan şəkillərlə bağlı yazı oxucularımızın marağına səbəb olacaq.
Braziliyalı futbol ulduzu Pele 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatının qalibi olduqdan sonra bir illik hərbi xidmətə yollanır. Pelenin hərbi xidməti dövründə xatirələrindən: “1958-ci ilin oktyabr ayında mənim 18 yaşım tamam oldu. Mən vətəndaşlıq borcumu yerinə yetirdim.
Bu, mənim üçün bir möcuzə, qiymətli təcrübə idi. İçveçrəni finalda 5:2 hesabı ilə məğlub edib, ikiqat dünya çempionu olmaq mənə yüksək əhval-ruhiyyə bəxş etmişdi. Komanda yoldaşlarımdan biri mənə dedi ki, sən başqalarına nümunə olmalı və hərbi xidmətə getməlisən. Bu söz məni tutmuşdu. Hərbi xidmət bir başqa aləmdir. Həmin müddət ərzində mən yemək bişirməyi, paltar yumağı, ütüləməyi və digər işləri öyrəndim. Hərbi xidmət mənə ən əsası nizam-intizamı öyrətdi. Sözsüz ki, bu da sonralar mənə futbolda kömək oldu. Hesab edirəm ki, boş yerə vaxt itirmədim”
1968-də Mexikoda keçirilən Olimpiya oyunlarında amerikalı atletlər Tommi Smit və Con Karlos “Black Power” (Qara güc) jesti ilə dünya idmanında yeni bir səhifə açdı. İdmançılar mükafatlandırma mərasimində fəxri kürsüyə ayaqyalın çıxıb, qara əlcəklə sıxılmış yumruqlarını yuxarı qaldırdılar. Bu məqamı az-çox Olimpiya Hərəkatı ilə maraqlanan əksər insanlar görmüşdü.
Onlar bu hərəkətləri ilə ABŞ-da irqçilərə etiraz edərək, ştatlarda olan yoxsullara qarşı həmrəylik nümayiş etdirmişdilər. Lakin bu jest bimənalı qarşılanmadı. Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABŞ Milli Olimpiya Komitəsinin o dövrki prezidenti Eyveri Brendecə məktub göndərərək, şərt irəli sürdü: “Ya həmin idmançılar diskvalifikasiya edilməli, ya da ki ABŞ yığması BOK-un bayrağı altında bütün yarışlardan kənar ediləcək”. Problem birinci variantla öz həllini tapdı.
Smit və Karlos ABŞ-ın Milli Olimpiya Komitəsindən uzaqlaşdırıldı. Tommi və Con atletikada karyeralarını başa vurub, amerika futbolu ilə məşğul olmağa başladılar. 2016-cı ildə onlar təqaüd çağında ABŞ-ın Milli Olimpiya Komitəsi tərəfindən bəraət aldılar. Onların bu jestinə görə “Black Power” adlı xatirə abidəsi qoyuldu. Lakin hər şey üçün çox gec idi.
Qeyd edək ki, Mexiko-1968-də Tommi Smit 200 metr qaçışda, qızıl Con Karlos isə bürünc medala layiq görülmüşdü.
1968-ci ilin iyun ayında “Assosiated Press” qəzeti Rodeziyada (Afrikanın cənubunda yerləşən ərazi) çəkilmiş bir foto dərc etmişdi. “Marafonçu Matias Kanda Mexiko-1968 Olimpiadasına hazırlaşır. O, qatarla yarışacaq”.
Kanda Olimpiya Oyunlarında iştirak etmək arzusu ilə yaşayırdı. O, dəmir yolu kənarında qaçmaqla məşq edirdi. Parovozla birlikdə qaçan atlet hətta bəzi məqamlarda bu nəqliyyat vasitəsini qabaqlaya bilirdi. Onun bu arzusu məmur kabinetində məhv edildi. Böyük Britaniya birtərəfli qaydada müstəqilliyini elan etmiş Rodeziyaya qadağa qoydu. BMT Təhlükəsizlik Şurasının təsiri altında Rodeziya ölkəsinin pasportu beynəlxalq səviyyədə qəbul edilmədi. Buna görə də olimpiadaya ev sahibliyi edən Meksika rodeziyalı idmançıların ölkəyə girişinə qadağa qoydu.
Cənublu atletlər dörd ildən sonra bu dəfə Münhendə keçirilən olimpiadaya gəldilər. Lakin tarix yenə də təkrarlandı. Onlara yalnız Olimpiya kəndində yaşamağa və yarışlara tamaşa etməyə icazə verdilər. Rodeziyalılara yarışlarda iştirak etməyə icazə vermədilər.
1979-cu ildə Afrikanın cənubunda uzun sürən vətəndaş müharibəsindən sonra hakimiyyət dəyişdi. Yeni iqtidarın qərarı ilə Rodeziyanın adı Zimbabve-Rodeziya adı ilə əvəz olundu. Daha sonra ölkə Zimbabve adlandırıldı. Həmçinin bütün dövlət rəmzlərində dəyişiklik olundu.1980-ci ildə Böyük Britaniya və digər dövlətlər Zimbabvenin müstəqilliyini qəbul etdilər.
Lakin Matiasın olimpiadada çıxış etmək arzusu əbədi puç olur. 2009-cu il oktyabrın 30-da Matias Kanda 67 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edir. Onun həyat yoldaşı və altı uşağı qalır.
Dünya boksunun əfsanəsi Məhəmməd Əli və Sonni Liston arasındakı revanş qarşılaşması hələ bu günə qədər müzakirələrin əsas mövzusu olaraq qalır. Mütəxəssislər iddia edirlər ki, həmin qarşılaşmanın nokautla bitməsi əvvəlcədən danışılmışdı.
Dünyanın iki super ağırçəkili döyüşçüsü - Məhəmməd Əli və Sonni Liston ən yaxşı döyüşçülərdən hesab edilirdilər. Həmin ərəfədə Əli peşəkar karyerasında ən yaxşıları məğlub edərək, parlaq qələbələrini sıralayırdı. 1965-ci il mayın 25-də təşkil olunan qarşılaşmada razılaşmaya görə Əli məğlub olmalı idi.
Lakin Əli döyüşdə rəqibini döşəməyə sərdi. Ağır zərbə alan Listonun görüşü davam etdirməyə taqəti qalmadı. Belə ki, həmin vaxt yorulmuş, lakin qalib gəlmiş Əli rəqibinə baxıb, qışqırırdı: “Qalx! Qalx və döyüş!”
Sonninin gözləri tanınmaz hala düşmüşdü. Buna görə də S.Liston yeddinci raunda çıxmaqdan imtina etdi.
Beləliklə, duel qarşılıqlı razılaşmaya əsasən yekunlaşdı. Əlinin Listona qışqırması fotosu kiçik tirajlı nəşrlərdən birinə böyük nüfuz qazandırdı. Foto sonradan “Sports İllustrated” jurnalının versiyası olan “Əsrin ən böyük idman şəkilləri” siyahısına düşdü.
Bu hadisədən sonra keçmiş ağır çəkili dünya çempionları Cek Demps və Rokki Marsianonun fikirlərinə görə Liston heç vaxt noqdaunda belə yıxılmazdı. Onun Əlinin zərbəsindən deyil, başqa səbəbdən yıxıldığı iddia edilir. Görünür, həmin vaxt şou təşkilatçılarına da belə xəbərlər sərf edirdi.
FİFA-nın keçirdiyi sorğuya əsasən XX əsrin ən yaxşı futbolçularından biri olan Alfredo Di Stefanonun qəribə bir vərdişi var idi. İkiqat “Qızıl top” mükafatçısı olan argentinalı həm də siqaret aludəçisi kimi tanınırdı. Onu bu vərdişindən heç kim uzaqlaşdıra bilmirdi. Çıxış etdiyi klublarda hamı “sarışın ox” ləqəbli futbolçunun bu mənfi xüsusiyyəti ilə barışmışdı. O, bir dahi idi.
Vəziyyət elə həddə çatmışdı ki, Di Stefano ehtiyat oyunçular skamyasında oturaraq, siqaret çəkirdi.
Qeyd edək ki, Madrid “Real”ının əfsanəvi forvardı çempionatlarda beş dəfə kubok qazanmışdı. O, Argentina, Kolumbiya və İspaniya yığmalarının şərəfini qorumuşdu. Ömrünün sonlarına yaxın bir sıra klublarda, eləcə də “Real”da baş məşqçi olmuşdu.
(ardı var)
Hazırladı:
Anar Əhmədov
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
Bugün, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
Bugün, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Bugün, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
Bugün, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
Bugün, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
Bugün, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
Bugün, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm