"Fajr Open" beynəlxalq turnirindən 2 medal

"Fajr Open" beynəlxalq turnirindən 2 medal

Tehranda taekvondo üzrə G2 kateqoriyalı "Fajr Open" beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Təmsilçilərimiz Tehranda 2 medala sahib çıxıblar. Turnirdə 67 kq çəki dərəcəsində yarışan Fəridə Əzizova gümüş medala layiq görülüb. Digər taekvondoçumuz Patimat Abakarova (53 kq) isə bürünc medala yiyələnib. Beləliklə, turniri bir gümüş və bir bürünc medalla başa vuran komandamız ümumi hesabda dördüncü yeri tutub.
Qeyd edək ki, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov yarışın "Ədalətli məşqçi"si, ölkəmizi təmsil edən referilərdən isə Aygül Abdullayeva "Ən yaxşı hakim" adına layiq görülüblər.