ABŞ üzgüçüsü dünya rekordu qırıb

ABŞ üzgüçüsü dünya rekordu qırıb

ABŞ üzgüçüsü Hunter Armstronq ölkəsində keçirilən dünya çempionatına lisenziya xarakterli turnirdə yeni rekord müəyyənləşdirib.

Olimpnews.az-a məlumatına görə, 21 yaşlı idmançı 50 metr məsafəyə arxası arxasıüstə üzmədə 23,71 saniyəlik nəticə göstərərək birinci olub.

Əvvəlki dünya rekordu rusiyalı Kliment Kolesnikova məxsus olub. O, 2021-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında finişə 23,80 saniyəyə çatıb.

Qeyd edək ki, builki dünya çempionatı 18 iyun - 3 iyulda Budapeştdə olacaq.