Elnur Məmmədli: "Avropa çempionatında möhtəşəm çıxış etdik"

Elnur Məmmədli: "Avropa çempionatında möhtəşəm çıxış etdik"

"Cüdoçularımız Avropa çempionatında möhtəşəm çıxış etdilər".

Bunu OlimpNews.az-a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Azərbaycan yığmasının Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında çıxışı barədə danışarkən deyib.

O, üç çəkidə lider cüdoçuların zədə ucbatında yarışa yollanmadıqlarını söyləyib: "Buna baxmayaraq, Avropa çempionatındakı nəticə bizim üçün uğurlu alındı. 60 kq, 66 kq, və 100 kq-dakı aparıcı cüdoçularımız yarışdan kənarda qaldı. 60 kq çəkidə Balabəy Ağayev və 100 kq-da Elmar Qasımov medal görüşlərində uduzdu. Qasımov bir müddət turnirlərdən kənarda idi və Tokio-2020 Yay Olimpiya Oyunlarına da qatılmamışdı. Onu yenidən bərpa etmişik və medallar qazanacağına inanırıq".

Qeyd edək ki, Avropa çempionatında Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala sahib çıxıb.//Report