Azərbaycan millisi yoldaşlıq oyununda Litvaya qalib gəlib

Azərbaycan millisi yoldaşlıq oyununda Litvaya qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə yoldaşlıq oyunu keçirib.

Olimpnews-un məlumatına görə, Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev fərqlənib.

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan yığması 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında mayın 20-də və 21-də daha iki oyun nəzərdə tutulub.