Formula 1: Bu gün Pit zolağında gəzinti olacaq

Formula 1: Bu gün Pit zolağında gəzinti olacaq

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün saat 12:00-dan 13:30-dək Pit zolağında gəzinti olacaq.
Yarışın ən maraqlı hissələrindən sayılan Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.
Xatırladaq ki, yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak edə biləcəklər.
Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.