Azərbaycan Qran-prisinin ilk qalibləri mükafatlandırılıb

Azərbaycan Qran-prisinin ilk qalibləri mükafatlandırılıb

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibləri mükafatlandırılıb.

"Olimpnews"un məlumatına görə, "ART Grand Prix" komandasından Frederik Vesti birinci, "Prema Racing"dən Jehan Daruvala ikinci, "Carlin"dən Liam Louson üçüncü olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.